Bakıdakı "Böyük dəbilqə"yə maraq artır

Bakıdakı "Böyük dəbilqə"yə maraq artır
Digər, Cüdo
08 Mart 2020 - 16:45
Supersport.Az-ın məlumatına görə, Bakıda mayın 8-9-da keçiriləcək "Böyük dəbilqə" cüdo turnirinə qatılacaq ölkələrin sayı artıb. Mötəbər yarışda 42 dövlətdən 157 idmançı öz iştirakını təsdiqləyib. Turnirdə ən geniş heyətlə təmsil olunacaq komanda Monqolustan yığmasıdır: 20 cüdoçu.

Sloveniya 18, Gürcüstan 14 idmançıyla "Böyük dəbilqə"yə qatılacaq.

Qeyd edək ki, 2019-cu ildə Bakıda keçirilən analoji yarışda 57 ölkədən 400-dən çox idmançı mübarizə aparıb.

Digər xəbərlər