FİFA-dan futbol qaydalarında inqilabi dəyişiklik

FİFA-dan futbol qaydalarında inqilabi dəyişiklik
Futbol
07 Mart 2020 - 21:00
Supersport.Az-ın məlumatına görə, FİFA futbolda gözlənilməz qərarlar verməyə hazırlaşır.

Beynəlxalq qurum yeni qaydaları Almaniya, Niderland, ABŞ, İngiltərə və Belçikada test edəcək.

FİFA-nın 5 yeniliyi: 

1.Autun ayaqla istifadə olunması: Top bu zaman sərbəst zərbədə olduğu kimi oyuna daxil ediləcək.



2. Sərbəst zərbə vuran futbolçu topla rahat hərəkət, özünə ötürmə verə, hətta driblinq edə biləcək.



3. Vaxt cəzası: Sarı vərəqə olan oyunçu ikinci sarı göstərilmədən 2, 5 və ya 10 dəqiqə meydandan kənarlaşdırılıb, yenidən meydana buraxılacaq.

4. Dayandırma vaxtı: Basketbolda olduğu kimi, oyun dayansa, saat da dayandırılacaq.



5.Limitsiz əvəzetmələr:  Məşqçilər oyunçuları istədikləri qədər dəyişdirə biləcəklər.



Bu təcrübənin əvvəlcə gənc komandalarda sınaqdan keçirilməsi planlaşdırılır. Uğurlu olduğu halda, həvəskar və kubok yarışlarında testlər keçiriləcək. Hətta Erediviziyada sınaqların olacağı bildirilir.

Niderland Futbol Federasiyasının rəsmilərindən biri, FİFA-nın Niderlandı "doğum evi" hesab etdiyini bildirib.

 

 

Digər xəbərlər