"Fənərbağça"nın yeni baş məşqçisi məlum oldu

"Fənərbağça"nın yeni baş məşqçisi məlum oldu
Futbol
02 Mart 2020 - 20:02
"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşib.

Supersport.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, klub Tayfun Korkutla razılıq əldə edib.

Məşqçiliyə "Real Sosyedad"ın aşağı yaş qrupunda başlayan mütəxəssis, 2009-da Bundesliqa komandası "Hoffenhaym"ın 17 yaşlılarını çalışdırıb.

"Pro" kateqoriyalı məşqçi "Ştuttqart"ın U-19 komandasında, Türkiyə yığmasında çalışıb.

T.Korkut "Hannover 96", "Kayzerslautern", "Bayer"də fəaliyyət göstərib.

Mütəxəssisin başçılığında Leverkuzen klubu 30 oyunda 6 qələbə qazanıb, 13 heç-heçə edib, 11 məğlubiyyətlə üzləşib.

"Fənərbağça"nın yeni çalışdırıcısı son olaraq "Ştuttqart"da işləyib. Komanda 2017-18 mövsümündə 14 matçda 9 oyunda qalib gəlib, 4 görüşdə xalları bölüb, 1 məğlubiyyət alıb. 2018-19 sezonunda isə 8 qarşılaşmada 1 qələbə qazanıb, 2 heç-heçəyə razılaşıb, 5 oyunda meydanı xalsız tərk edib.

Digər xəbərlər