"Qarabağ"la "Neftçi" dünya reytinqində gerilədi

"Qarabağ"la "Neftçi" dünya reytinqində gerilədi
Futbol
02 Mart 2020 - 15:49
Dünyanın ən yaxşı 1000 klubunun siyahısında təmsilçilərimiz geriləyib.

Supersport.Az-ın Football World Rankings portalına istinadən məlumatına görə, "Qarabağ"la "Neftçi" reytinqdə düşüb.

Ağdam klubu 1054 xalla 609-ci yeri 612-yə, paytaxt təmsilçisi isə 818 xalla 684-dən 685-ə dəyişib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov (1054 xal) 8 pillə geriləyərək 573-cü yerə düşüb.

Reytinqin ilk "üçlük"də dəyişiklik olub. Çempionlar Liqası qalibi "Liverpul" 15675 xalla liderliyini qoruyub. "Barselona" (14390 xal) ikincidir. "River Pleyt"i (12551 xal) geridə qoyan "Flamenqo" (13249 xal) üçüncü pilləyə yüksəlib.

 

 

Digər xəbərlər