"Trabzonspor"un prezidenti: "Azərbaycana böyük hörmətim var, gəlmək istəyirik" - Audio-Video

"Trabzonspor"un prezidenti: "Azərbaycana böyük hörmətim var, gəlmək istəyirik" - Audio-Video
Futbol, Video
29 Fevral 2020 - 12:30
Supersport.Az-ın məlumatına görə, Türkiyə Superliqasının liderlərindən olan "Trabzonspor"un prezidenti Ahmet Ağaoğlu Azərbaycan haqda müsbət fikirlər bildirib. 


"CBC Sport"un jurnalstlərdən Pərviz Musayevlə Elçin Cəfərovun aparıcısı olduğu "Türkiyədən Futbol" verilişinə açıqlama verən klub rəhbəri, ölkəmizə səfər etmək istədiklərini deyib:   

"İnşAllah çempion olsaq, iki ölkəyə səfər etmək fikrindəyik: Makedoniya və Azərbaycana. Bakıya 3-4 dəfə gəlmişəm, çox sevdiyim şəhərdir. Azərbaycan fərqli ölkədir, çox bəyənirəm. Bu dövlətə, xalqa böyük hörmətim var. Azərbaycan gözəlliyi, mədəniyyəti, örnək ölkə olmasıyla seçilir. "Fənərbağça", "Beşiktaş", "Qalatasaray", "Trabzonspor" və digər klubları dəstəkləyən Azərbaycandakı qardaşlarımı böyük istək, sevgi, hörmətlə salamlayıram. İnşAllah çempion olsaq, ziyarət edəcəyim iki şəhərdən biri Bakı olacaq. Hamıya salam göndərirəm, təşəkkür edirəm".

Qeyd edək ki, Superliqada lider 23 oyundan 46 xal toplayan "Başakşehir"dir (46 xal). Bir qarşılaşma az keçirən  "Trabzonspor" 45 xalla ikincidir. "Qalatasaray" 23  oyundan 45 xalla üçüncüdür. 

Digər xəbərlər