Bu gün Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına yekun vurulub.
Supersport.Az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.
Madriddə “Real” “Mançester Siti”i qəbul edib. Hesabı meydan sahibləri açsa da, qonaqlar 4 dəqiqəyə 2 qol vuraraq əzmkar qələbə qazanıb.
Günün digər qarşılaşmasında “Yuventus” səfərdə “Lion”a minimal hesabla məğlub olub.
Bu mərhələnin cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək.
26 fevral
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
00:00. “Lion” (Fransa) – “Yuventus” (İtaliya) – 1:0
Qol: Tousart,31
Baş hakim: Jesus Gil Manzano (İspaniya)
“Olimpik Lion” stadionu
25 fevral
“Çelsi” – “Bayern” – 0:3
“Napoli” – “Barselona” – 1:1
20 fevral
“Atalanta” – “Valensiya” – 4:1
“Tottenhem” – “Leyptsiq” – 0:1
19 fevral
“Atletiko” – “Liverpul” – 1:0
“Borussiya” – PSJ – 2:1