"Qalatasaray"dan 21 il sonra "Şükrü Saracoğlu"da qələbə - Video

"Qalatasaray"dan 21 il sonra "Şükrü Saracoğlu"da qələbə - Video
Futbol, Video
24 Fevral 2020 - 09:13
Türkiyə Super Liqasında 23-cü turun oyunları keçirilir.

Supersport.Az xəbər verir ki, turun mərkəzi görüşündə "Fənərbağça" "Qalatasaray"ı qəbul edib. İstanbul derbisində qonaqlar 3:1 hesabı ilə qalib gəlib.

Bununla da 21 il sonra "Qalatasaray" "Fənərbağça"nın meydanında qalib gəlib.

"Fənərbağça" - "Qalatasaray" - 1:3

Qollar: Maks Kruze, 21 (pen.) - Rayan Donk, 40, Radamel Falkao, 80 (pen.), Henri Onyekuru, 90+7

Qırmızı vərəqələr: Deniz Türüç, 84 - Yunes Belhanda, 84

 

Digər xəbərlər