Qurban Qurbanov 12 pillə irəlilədi

Qurban Qurbanov 12 pillə irəlilədi
Futbol
11 Fevral 2020 - 20:23
Football World Rankings portalı dünyanın 1000 ən yaxşı məşqçisinin növbəti reytinqini müəyyənləşdirib.

Supersport.Az xəbər verir ki, siyahıda Azərbaycan klublarının məşqçilərindən təkcə "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov yer alıb. Təcrübəli mütəxəssis 1054 xalla 12 pillə irəliləyərək 566-cı yerə yüksəlib.
Siyahının ilk pilləsində Yürgen Klopp ("Liverpul", 15717 xal) qərarlaşıb. "Barselona"nın sabiq baş məşqçisi Ernesto Valverde 2-ci (13589 xal), "River Pleyt"in çalışdırıcısı Marselo Qalyardo (12778 xal) 3-cüdür.

Digər xəbərlər