Üç pəhləvanımız ermənini məğlub etdi

Üç pəhləvanımız ermənini məğlub etdi
Digər, Güləş
10 Fevral 2020 - 21:00


Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına start verilib.

Supersport.Az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır.

77 kq çəkidə mübarizə aparan idmançımız Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçini məğlub edib. O, təsnifat mərhələsində Aik Mnatsakanyana 5:3 hesabı ilə qalib gəlib. 1/8 finalda italiyalı Matteo Maffezzoliyə şans tanımayan (7:0) güləşçimiz 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Yunanıstan idmançısı Georgios Prevolarakislə görüş dramatik alınıb. Möhtəşəm əzmkarlıq nümayiş etdirən Sənan 6:4 hesablı qələbə ilə yarımfinala yüksəlib. O, yarımfinalda erməni Karapet Çalyanla üz-üzə gələcək.

İslam Abbasov (87 kq) ilk mərhələdə yanvarda Fransa "Qran-pri"sində məğlub olduğu Kiril Maskeviçlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə həmyerlimiz belaruslu rəqibindən revanş alıb - 3:2. O, 1/8 finalda polşalı Arkadiuş Kuliniyə 3:1 qalib gələrək 1/4 finala yüksəlib. Abbasov bu mərhələdə bolqarıstanlı Tarek Mohammed Abdelsaladan üstün olub - 4:3. O, yarımfinalda macarıstanlı Viktor Lorintslə qarşılaşacaq.

Digər güləşçimiz Sabah Şəriəti (130 kq ) startda Ermənistan təmsilçisiylə üz-üzə gəlib. O, prinsipial qarşılaşmada David Ovasapyana 3:0 qalib gəlib. Ancaq 1/4 finalda rumıniyalı rəqibinə uduzub.

Mübarizəyə 1/4 finaldan qoşulan Eldəniz Əzizli (55 kq) Ermənistan idmançısı Rudik Mkrtaçyanı çətinlik çəkmədən məğlub edərək (7:1) adını yarımfinala yazdırıb. O, bu mərhələdə də erməni əsilli idmançı ilə qarşılaşacaq. Əzizli final uğrunda görüşdə Bolqarıstanı təmsil edən Edmond Armen Nazaryanla güləşəcək.

55 kq
1/4 final: Eldəniz Əzizli - Rudik Mkrtaçyan (ARM) 7:1
1/2 final: Eldəniz Əzizli - Edmond Armen Nazaryan (BUL)

63 kq
1/8 final: Taleh Məmmədov - İbrahim Labazanov (RUS) 0:8

77 kq
Təsnifat: Sənan Süleymanov - Aik Mnatsakanyan (BUL) 5:3
1/8 final: Sənan Süleymanov - Matteo Maffezzoli (İTA) 7:0
1/4 final: Sənan Süleymanov - Georgios Prevolarakis (GRE) 6:4 (tuşe)
1/2 final: Sənan Süleymanov - Karapet Çalyan (ARM)

87 kq
Təsnifat: İslam Abbasov - Kiril Maskeviç (BLR) 3:2
1/8 final: İslam Abbasov - Arkadiuş Kuliniç (POL) 3:1
1/4 final: İslam Abbasov - Tarek Mohammed Abdelsalam (BUL) 4:3 (tuşe)
1/2 final: İslam Abbasov - Viktor Lorints (HUN)

130 kq
1/8 final: Sabah Şəriəti - David Ovasapyan (ARM) 3:0
1/4 final: Sabah Şəriəti - Alin Aleksuk Kiurariu (ROU) 2:3

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 21:00-da başlayıb.


Digər xəbərlər