"Sabah"la "Səbail"in qələbəsi

"Sabah"la "Səbail"in qələbəsi
Futbol
07 Fevral 2020 - 22:52
Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tur başlayıb.

Supersport.Az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

Açılış matçında "Sabah" "Qəbələ"yə 3:2 hesabı ilə qalib gəlib. Bu, paytaxt klubunun baş məşqçi Jelko Sopiçin rəhbərliyi altında ölkə çempionatındakı ilk qələbəsidir.

Günün digər matçında isə iddialılardan olan - 2-ci pillənin sahibi "Keşlə" autsayder "Səbail"ə 0:1 hesabı ilə uduzub. Bu qələbə ilə qalib komanda turnir cədvəlində 7-ci pilləyə yüksəlib.

Turun daha iki görüşü sabaha nəzərdə tutulub.

7 fevral (cümə)

21:00.“Keşlə” –“ Səbail” - 0:1

Qol: Hendrik Ekşteyn, 51-pen

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı
"ASK Arena”

19:00.“Sabah” – “Qəbələ” - 3:2


Qollar: Ülvi İsgəndərov, 5 (0:1), Marko Deviç, 19 (1:1), Mario Marina, 22 (2:1), Ehtiram Şahverdiyev, 64-avtoqol (3:1), Nikolas Raysel, 90+1-pen (3:2)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli
"Bank Respublika Arena”
8 fevral (şənbə)

17:30.“Sumqayıt” – “Zirə”


Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov
“Kapital Bank Arena”

20:00.“Qarabağ” – “Neftçi”


Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika stadionu

 









  • Premyer Liqa































































































NKlublarOQHMT-FX
1Qarabağ15104125-734
2Keşlə1675420-1426
3Neftçi1575323-1226
4Zirə1555520-2220
5Sumqayıt1554619-2119
6Sabah1644817-2216
7Səbail1643911-2515
8Qəbələ1634917-2913


 



Bombardirlər:

Lorenzo Frutos ("Keşlə") - 6 qol
Peyman Babayi ("Sumqayıt") - 6 qol
Stiven Monroz ("Neftçi") - 6 qol
Mehdi Şərifi ("Sumqayıt") - 5 qol
Davit Volkov ("Zirə") - 5 qol
Mahir Emreli ("Qarabağ") - 5 qol

İsmayıl İbrahimli ("Qarabağ") - 4 qol
Maqaye Qeye ("Qarabağ") - 4 qol
Xulio Sezar Rodrigez ("Sabah") - 4 qol
Nicat Süleymanov ("Zirə") - 4 qol
Ağabala Ramazanov ("Zirə") - 4 qol
Baqali Dabo ("Neftçi") - 4 qol


Digər xəbərlər