1.2 milyonluq məşqçi millimizə gəlmədi

1.2 milyonluq məşqçi millimizə gəlmədi
Futbol, Eksklüziv
05 Fevral 2020 - 00:48
Azərbaycanın futbol yığmasının baş məşqçisi vəzifəsinə mütəxəssis axtarışı davam edir. AFFA-nın siyahısında 32 çalışdırıcının adı yer alır.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, yığmamıza namizəd Tula "Arsenal"ı, Moskva "Spartak"ının keçmiş baş məşqçisi Oleq Kononov ölkəmizə gəlməkdən imtina edib.

"Pro" kateqoriyalı 53 yaşlı mütəxəssis Latviya çempionu "Riqa" klubunu seçib. Çalışdırıcı "Spartak"da il ərzində 1 milyon 200 min avro qazanırdı. AFFA maliyyə məsələsində rusiyalı mütəxəssislə razılığa gələ bilməyib.

Digər xəbərlər