AFFA "Neftçi"nin futbolçusunu cərimələdi

AFFA "Neftçi"nin futbolçusunu cərimələdi
Futbol
04 Fevral 2020 - 12:57
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Supersport.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının 15-ci turunda  baş verənlər müzakirə olunub.

Premyer Liqanın XV turunun “Neftçi” – “Sumqayıt” oyununda meydan sahiblərinin oyunçusu Voislav Stankoviç sonuncu ümid fouluna  görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın XV turunun “Neftçi” – “Sumqayıt” oyununda qonaq komandanın azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimələnib.

Premyer Liqanın XV turunun “Səbail” – “Qarabağ” oyununda qonaq komandanın 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın XV turunun “Qəbələ”  - “Keşlə” oyununda qonaq komandanın 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

Digər xəbərlər