"Sabah"dan antirekord

"Sabah"dan antirekord
Futbol
03 Fevral 2020 - 20:54
Bakının "Sabah" klubu Premyer Liqada ardıcıl 3-cü məğlubiyyətini alıb. Mövsümün ilk yarısını "Qarabağ"a 0:1, "Neftçi"yə 0:2 hesablı məğlubiyyətlərlə başa vuran paytaxt təmsilçisi XV turda "Zirə"dən 2 cavabsız qol buraxıb. Hər üç qarşılaşmada quru hesabla məğlub olan bakılılar ikinci mövsümünü keçirdiyi Premyer Liqada klub antirekorduna imza atıblar. İndiyədək "Sabah" ardıcıl 3 oyunda xalsız qalmamışdı. Əvvəlki mövsümyarımda komandanın ardıcıl iki məğlubiyyət almasına 8 dəfə təsadüf olunsa da, seriya 3-ə çatmamışdı.

Digər xəbərlər