"Qarabağ"ın futbolçusu Çin klubuna keçdi

"Qarabağ"ın futbolçusu Çin klubuna keçdi
Futbol
03 Fevral 2020 - 15:45
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın futbolçusu Dani Kintana bu gün komandada son məşqinə çıxıb. İspaniyalı yarımmüdafiəçi Çinin "Chengdu Better City" klubuna transfer olunub. Dani bu gün tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Taylandda davam edən düşərgəsinə yollanacaq.

2015-ci ildə "Qarabağ"a transfer olunan Kintana 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. Azərbaycan klubu Kintanaya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Digər xəbərlər