Qurban Qurbanov: “Fənərbağça”nın futbolçusunu transfer edə bilərik”

Qurban Qurbanov: “Fənərbağça”nın futbolçusunu transfer edə bilərik”
Futbol
02 Fevral 2020 - 20:05
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Supersport.Az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında fikirlərini bildirib:

- Vacib 3 xal qazandıq. İlk oyunlarda həmişə tam istədiyini meydanda görmək çətin olur. Futbolçularda oyun intizamı gördüm. Təmkinli oynadılar. Bizim üçün o qədər də asan olmadı. Sonda vacib olan 3 xalı qazandıq.

- Transferlər olacaqmı? Alper Potuk məsələsi gündəmdə varmı?

- Alper Potuk gündəmdədir. Bizdən asılı olan hər şeyi etmişik. O qədər də asan deyil. Son dəqiqələrə qədər danışıqlar olacaq. Həll etməyə çalışacağıq. Dünən də bir futbolçudan “yox” cavabı gəldi. Görünən odur ki, alınsa, Alper olacaq, alınmasa da heç kim.

- Riçard Almeydanın yoxluğu hiss olundumu?

- Almeyda bizim üçün vacib oyunçu olub. Bu gün komandada olan futbolçular da bizim üçün vacibdir.

- Ovusunun tam formaya düşməsi üçün nə qədər vaxt lazımdır?

- Buna dəqiq cavab verə bilməyəcəm. Sadəcə, komandaya uyğunlaşmaq problemi ola bilər. Ümumi fiziki formasını bərpa etmək çətin olmayacaq. 2 gün əvvəl yüngül zədə almışdı. Ona görə bu gün risk etmədik. Bir az vaxt lazım olacaq.

- “Neftçi”nin çempionluq istəyinin qarşısını alan “Qarabağ” qarşıdakı matçdan nə gözləyirsiniz?

- Heç kimin qarşısını almaq istəmirik. Yuxarı yerləri tutmaq istəyirik. Qarşıdakı oyuna vaxtımız azdır. “Neftçi” istəklidir. Onlara qarşı oyunlarımız maraqlı olur. Çalışırıq ki, rəqibi daha yaxından təhlil edək. Yeni məşqçi gəlib. Buna görə də ola bilsin, bizim daha çox düşünməyimiz lazım olsun.

Digər xəbərlər