Türkiyə Futbol Federasiyasının prezidenti istefaya göndərilir - iddia

Türkiyə Futbol Federasiyasının prezidenti istefaya göndərilir - iddia
Futbol
02 Fevral 2020 - 13:34
Türkiyə futbolunda qalmaqal səngimək bilmir. Oyunların nəticələrinə təsir göstərən hakim səhvləri, matçlardan  sonra qarşıdurmalar artıb.

Supersport.Az-ın xəbərinə görə, qardaş ölkədə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemirin istifa verəcəyi haqda məlumat yayılıb. Jurnalist Candaş Tolga Işık TFF rəhbərinin dəyişəcəyini bildirib. Türkiyə futbol qurumu bu iddiaya münasibətini açıqlamayıb.

Türkiyə mətbuatının yaydığı məlumata əsasən, N.Özdemirin federasiyadan ayrılmaq istəməsinin əsas səbəbi, Fetullahçı Terror Təşkilatının (FETÖ) üzvü kimi ittiham edilərək həbs olunan general Metin İyidillə qohum olmasıdır. N.Özdemirin oğlu Batuhan M.İyidilin qızı Aslıyla evlidir. TFF rəhbərinin övladı, gəlini də qalmaqalla bağlı saxlanılmışdı. N.Özdemir diqqətdən kənarda qalmaq üçün federasiyadan ayrılmaq fikrindədir.

Hətta TFF rəhbərinin ölkə prezidenti Recep Tayyip Erdoğanla görüşdüyü, səhhətindəki problemlə bağlı istefa vermək fikrini bildirdiyi iddia olunub. Türkiyə futbol qurumunun yeni başçısının "Beşiktaş"ın rəhbərliyindən ayrılan Fikret Ormanın olacağı bildirilir.

N.Özdemir ötən il iyunun 1-də TFF prezidenti seçilib.

 

Digər xəbərlər