Millimiz qrupda qaldı

Millimiz qrupda qaldı
Futzal, Futbol
02 Fevral 2020 - 01:47
Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının elit-raundunda mübarizə apardığı C qrupunun son oyunu keçirilib.

Supersport.Az xəbər verir ki, yığmamız üçün də həlledici olan matçda Rusiya meydan sahibləri Xorvatiya yığması ilə qarşılaşıb. Xorvatlar bu görüşdə uduzmasa, millimiz ikinci yerin sahibi kimi qrupdan çıxacaqdı. Lakin 2-ci turda yığmamızın 4:3 hesabı ilə qalib gəldiyi ruslar eyni hesabla rəqibini məğub edib. Bununla da millimiz qrupdan çıxmaq şansını itirib.
Rusiya 6 xalla qrup qalibi, Xorvatiya eyni xalla 2-ci olub. Yığmamız qrupu 4, Slovakiya isə 1 xalla bitirib.

Digər xəbərlər