"Qarabağ" "Fənərbağça"nın futbolçusunu razı saldı

"Qarabağ" "Fənərbağça"nın futbolçusunu razı saldı
Futbol
01 Fevral 2020 - 16:00
"Qarabağ" "Fənərbağça"nın yarımmüdafiəçisi Alper Potukla razılığa gəlib.

Supersport.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan çempionu 28 yaşlı futbolçunu birdəfəlik almaq üçün yüksək təzminat ödəməkdə çətinlik çəkdiyindən Potuku icarəyə götürmək istəyir.
"Fənərbaxça"nın Alperi "Çaykur Rizespor"a icarəyə vermək, futbolçunun isə "Qarabağ"a gəlmək istədiyi bildirilib.

Məlumata görə, Azərbaycan klubu Alperin maaşının bir hissəsinin Türkiyə təmsilçisinin ödənilməsini istəyir. Bildirilir ki, illik 1.2 milyon avro qazanan futbolçunun mövsümün ortası olduğu üçün 600 min avro maaşı qalıb. Ağdam klubunun bu məbləğin yarısından bir qədər çoxunu ödəmək istədiyi iddia olunub.

Yekun qərarı "Fənərbağça"nın verəcəyi bildirilir. İstanbul komandası bu arada futbolçunu heyətdən kənarda qoyub.

Digər xəbərlər