"Qəbələ"də iki sponsor

"Qəbələ"də iki sponsor
Futbol
31 Yanvar 2020 - 20:15
Supersport.Az-ın məlumatına görə, ötən ilin sonu "Jalə" brendi ilə sponsorluq anlaşmasına imza atan "Qəbələ" ölkəmizin daha bir tanınmış markası ilə əməkdaşlığa start verir.

Bu haqda klub məlumat yayıb.
"Süd məhsulları istehsalında lider marka olan "Milla" brendi artıq komandamızın titul sponsorudur. "Qəbələ" İdman Klubu ilə "Milla" arasındakı sponsorluq razılaşması 2020-2021-ci illəri əhatə edir. Razılaşmaya əsasən əsas komandamızın oyun formalarının ön hissəsində "Milla" brendinin logosu əks olunacaq" - deyə məlumatda bildirilib.

 

Digər xəbərlər