FİFA Cüneyt Çakırı Dünya Kubokundan kənarda qoyacaq

FİFA Cüneyt Çakırı Dünya Kubokundan kənarda qoyacaq
Futbol
29 Yanvar 2020 - 20:38
Supersport.Az-ın məlumatına görə, FİFA-nın tanınmış referi Cüneyt Çakıra 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Kubokunun hakimləri sırasında yer verməyəcəyi iddia edilib. İlkin siyahıda türkiyəli ədalət təmsilçisinin olmadığı bildirilir. Bu, yaşla deyil, hakimliyin səviyyəsiylə əlaqələndirilib. Türkiyə Futbol Federasiyası məsələylə bağlı açıqlama verməyib.

Keçmiş referi, TRT-nin şərhçisi Bünyamin Gezer böyük ehtimalla Cüneyt Çakırın Dünya Kubokunda olmayacağından xəbərdar olduğunu deyib:

"Cüneyt Çakırın "Kayserispor"un "Ankaragücü"ylə oyununda idarəçiliyi və psixologiyası bu qərarı bildiyini göstərir. Belə hakimin bu qədər səhvlər etməsinin, hər dəfə VAR-a getməsinin başqa izahı ola bilməz".

Digər xəbərlər