"Neftçi" bir legioneri yola saldı - Dario qayıtdı
Futbol, Foto
27 Yanvar 2020 - 19:42
"Neftçi" Premyer Liqanın 15-ci turunda qarşılaşacağı "Sumqayıt"la oyunun hazırlığına start verib.
Supersport.Az klubun saytına istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vuraraq yanvarın 25-i Bakıya qayıdan komandanın üzvləri birgünlük fasilədən sonra məşqə çıxıb. Bütün futbolçuların qatıldığı məşqdə fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
"Neftçi" Premyer Liqanın 15-ci turu çərçivəsində fevralın 1-i saat 17:30-da "Sumqayıt"ı qonaq edəcək.

Baxışda olan futbolçu Nabi Silla məşqçilər korpusu tərəfindən bəyənilməyərək, geri göndərilib. Bunadək əvəzedici heyətin düşərgəsində olan Dario Frederiko isə əsas komandanın məşqində iştirak edib.