"Qarabağ" yeni hücumçu alır

"Qarabağ" yeni hücumçu alır
Futbol
25 Yanvar 2020 - 20:11
"Qarabağ" heyətini yeni legionerlə gücləndirə bilər.

Supersport.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Ağdam klubunun İtaliyanın B Seriyasında çıxış edən "Çittadella"nın futbolçusu Cüzeppe Paniko ilə maraqlandığı iddia olunur. 22 yaşlı hücumçunu B Seriyasının bir neçə klubu da transfer etmək istəyir. Onun klubu ilə müqaviləsi bu mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Paniko İtaliyanın U-17, U-18, U-19 və U-20 yığmalarında oynayıb. "Cenoa"nın yetirməsi 2018-ci ildən "Çittadella"da çıxış edir.

Digər xəbərlər