"Beşiktaş"ın baş məşqçiliyinə üç namizəd
Futbol
25 Yanvar 2020 - 15:34
"Beşiktaş" baş məşqçisi Abdullah Avcını istefaya göndərib.
Supersport.Az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 56 yaşlı mütəxəssisə təşəkkür edilib və ona gələcək karyerasında uğurlar arzulanıb.
Son olaraq Türkiyə kubokunun 1/16 final mərhələsində "Erzurumspor"a evdə 2:3 məğlub olan "Beşiktaş" mübarizəni erkən dayandırıb. Bundan sonra azarkeşlər sosial şəbəkələrdə Abdullah Avcının istefasını tələb ediblər.
Avcı mövsümün əvvəlində “Başakşəhər”dən “Beşiktaş” keçmişdi. İstanbul klubu hazırda Superliqada 30 xalla 7-ci pillədədir və lider "Sivasspor"dan 10 xal geridədir.
"Beşiktaş"ın baş məşqçi vəzifəsinə üç namizəd olduğu bildirilir.
Klub rəhbəri Ahmet Nur Çebi, mütəxəssis Sergen Yalçınla görüşsə də, açıqlama verilməyib. S.Yalçının dostlarına "Beşiktaş" istəsə, qaçaraq gedərəm, pul məsələsini danışmaram" dediyi bildirilir.
"Beşiktaş"da əvvəllər fəaliyyət göstərən Samet Aybaba və son olaraq "Ştuttqart"ı çalışdıran Tayfun Korkutun da namizədlər siyahısında olduğu haqda xəbər yayııb.