"Qarabağ" dünyada 80-ci pilləyə yüksəldi

"Qarabağ" dünyada 80-ci pilləyə yüksəldi
Futbol
21 Yanvar 2020 - 18:54
Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb.

Supersport.Az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin yekunlarına əsasən 400 komandanın siyahısını müəyyənləşdirib.
Cədvəldə Azərbaycanın ən yaxşı komandası “Qarabağ” göstərilib. Ağdam klubu ötən illə müqayisədə 57 pillə irəliləyərək 144 xalla dünyanın 80-ci komandası olub.

Ötən il 459-cu olan “Neftçi” isə 217-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 316 xalla "Liverpul" başçılıq edir. "Barselona" 293 xalla 2-ci, "Mançester Siti" 284 xalla 3-cüdür

Digər xəbərlər