"Qarabağ" La Liqanın hücumçusuyla razılığa gəldi

"Qarabağ" La Liqanın hücumçusuyla razılığa gəldi
Futbol
20 Yanvar 2020 - 20:11
Antalyada təlim-məşq toplanışı davam edən "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Supersport.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi "Leqanes"in hücumçusu Kvabena Ovusunu transfer etməyə yaxındır. Artıq klubar arasında razılaşma əldə olunduğu bildirilir.
22 yaşlı hücumçu hazırda icarə əsasında Sequnda təmsilçisi "Kordoba"da çıxış edir. Qanalı forvard  bu komandada cari mövsüm 16 oyuna 6 qol vurub.



Forvard "Qarabağ"la 2,5 illik müqaviləyə imza atacaq. Ağdam klubunun 250-300 min avro təzminat ödəyəcəyi gözlənilir.

Ovusu yetirməsi olduğu Qananın "Akkra" klubundan "Leqanes"ə 2017-ci ildə keçib. Madrid klubu qanalı hücumçunu 4 dəfə icarəyə verib. 22 yaşlı futbolçu mövsümün ilk yarısını icarə əsasında "Kordoba"da keçirib və 16 oyunda 6 qol vurub. Ovusu Qana yığmasına ötən ildən dəvət alır. O, millidə 3 oyun keçirib və 1 qol vurub.

Digər xəbərlər