"Neftçi"nin meneceri dünyasını dəyişdi

"Neftçi"nin meneceri dünyasını dəyişdi
Digər
16 Yanvar 2020 - 12:30
Supersport.Az-ın məlumatına görə, əməkdar jurnalist Tofiq Gülməmmədov dünyasını dəyişib.


Məlumat üçün bildirək ki, Tofiq Ataxan oğlu Gülməmmədov 9 may 1960-ci ildə Naxçıvan şəhərində anadan olub. 1983-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1987-ci ildə həmin fakültəni bitirib. 1987-ci ildə təyinatla C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında əmək fəaliyyətinə başlayıb. 1992-ci ildə Azərbaycan Televiziya və Radio Verlişləri Şirkətində rejissor vəzifəsinə, 1993-cü ildə "Hərbi Vətənpərvərlik və Səlnamə" redaksiyasının baş rejissoru, 1996-cı ildə idman redaksiyasının baş rejissoru vəzifəsinə təyin edilib və rejissor-reportyor funksiyasını yerinə yetirib. 2006-cı ildə Lənkəran TV-yə sədr təyin olunub.


2010-cu il dekabrın 27-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.


T.Gülməmmədov "Neftçi İdman Klubu" İctimai Birliyinin mətbuat xidməti üzrə meneceri idi.


Allah rəhmət eləsin!

Digər xəbərlər