Yığmamız beynəlxalq turnirdə birinci oldu

Yığmamız beynəlxalq turnirdə birinci oldu
Digər, Güləş
13 Yanvar 2020 - 02:44
Türkiyənin İstanbul şəhərində sərbəst güləşçilərin Yaşar Doğunun xatirə turnirinə yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Supersport.Az-a verilən məlumata görə, Abubakr Abakarov (79 kq), Aslanbek Alborov (92 kq), Camaləddin Məhəmmədov (125 kq) qızıl, İntiqam Vəlizadə (61 kq) gümüş, Hacımurad Hacıyev (74 kq) və Şamil Zubairov (92 kq) isə bürünc medala sahib olub. Beləliklə, ümumilikdə 4 qızıl, 1 gümüş və 6 bürünc medal əldə edən millimiz komanda hesabında 180 xalla 1-ci yeri tutub. Türkiyə 2-ci, Gürcüstan isə 3-cü olub.

Qeyd edək ki, memorialda beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev ədaləti qoruyub.

Digər xəbərlər