Finalları qazanan Zidan

Finalları qazanan Zidan
Futbol
13 Yanvar 2020 - 11:35
“Real”ın baş məşqçisi Zinəddin Zidan rekorda imza atdı.

Supersport.Az xəbər verir ki, komandası ötən gecə İspaniya superkubokunun həlledici oyununda “Atletiko”ya qalib gələn fransalı mütəxəssis Madrid klubunda 9 finalın hamısında qələbəyə sevinib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qazanılan superkubok Zidanın “Real”a ikinci qayıdışından sonra ilk tituludur.

Zidanın “Real”da 9 finalı və qələbəsi

2016-cı il. Klublararası Dünya Kuboku

2016-cı il. UEFA Superkuboku

2016-cı il. Çempionlar Liqası

2017-ci il. Klublararası Dünya Kuboku

2017-ci il. İspaniya Superkuboku

2017-ci il. UEFA Superkuboku

2017-ci il. Çempionlar Liqası

2018-ci il. Çempionlar Liqası

2020-ci il. İspaniya Superkuboku

 

Digər xəbərlər