"Real"dan 11-ci uğur - 2 milyon qazanc - Şəkil

"Real"dan 11-ci uğur - 2 milyon qazanc - Şəkil
Futbol, Foto
13 Yanvar 2020 - 01:57


İspaniya Superkubokunun sahibi müəyyənləşib.

Süper Kupa Real Madrid'in

Supersport.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən həlledici oyunda Madridin "Real" və "Atletiko" klubları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında məlum olub. Burada daha dəqiq olan (4:1) Zinəddin Zidanın komandası fəxri mükafatı qazanıb.
Bununla da "Kral klubu" tarixində 11-ci dəfə Superkubokun qalibi olub. Bu mükafata ən çox - 13 dəfə olmaqla "Barselona" sahib çıxıb.

İspanya Futbol Federasiyasıyla (RFEF), Səudiyyə Ərəbistan arasında 3 illik müqaviləyə əsasən Superkubok Ciddədə keçirilib. Ərəblər yarışa qatılan komandalara 800 min, finalı uduzana 1,4 milyon, qalib kluba 2 milyon avro veriblər.



"Real" yarımfinada "Valensiya"nı, "Atletiko" isə "Barselona"nı məğlub etmişdi.

12 yanvar

İspaniya Superkuboku

22:00."Real" (Madrid) – "Atletiko" (Madrid) - 0:0 (penaltilər seriyası - 4:1)

Ciddə."Kral Abdullah" stadionu


Digər xəbərlər