Şenol Güneş Azərbaycan planını açıqladı

Şenol Güneş Azərbaycan planını açıqladı
Futbol
10 Yanvar 2020 - 23:58
Supersport.Az-ın məlumatına görə, "Avro-2020"nin final mərhələsinin "A" qrupunun bəzi oyunlaırını Bakı Olimpiya Stadionunda keçirəcək Türkiyə seçmə komandasının baş məşqçisi Şenol Güneş yeni planı açıqlayıb.

"Qrup qalibi olmaq istəyirik. Ancaq önəmli bu səddi keçməkdir. İtaliya ev sahiblərindən biri, güclü komandadır. Rəqibdə yenilik oldu. Oyunu müdafiədən qururlar. Onlar əks mübarizə aparmağa çalışacağıq. Ölkəmizi tanıtmaq baxımından əla fürsət olacaq. Nəticə qədər qoyulan izlər də önəmlidir. Futbol ticarətə çevrilib. Oyunçular yetişdirməli, satıb, pul qazanmaq mühümdür.

Dünya Kubokunun final mərhələsinə də vəsiqə qazanmaq istəyindəyik".

Təcrübəli mütəxəssis yenidən Azərbaycana səfər etməyin vacibliyini bildirib:

"Martda Sloveniya və Avstriya ilə qarşılaşmada nə oynayacağımızı göstərəcəyik. Mayda Azərbaycan, Xorvatiya və İrlandiya oynayacağıq. Uelsi məğlub etsək qrupu keçərik. Səfərin nə qədər təsir edəcəyini bilmirəm. 

UEFA rəsmiləri mənə "Sizə püşkdə Bakıda oynamaq düşəcək" deyirdilər. Orada stadion dolacaq, coşqu olacaq. 67 minlik stadionda 50 min azarkeşimiz dəstək verəcək. Azərbaycana bir daha getmək istəyirəm, əvvəlcədən hazırlıq üçün".

Xatırladaq ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels,  iyunun 21-də isə İsveçrə - Türkiyə matçları paytaxtımızda olacaq.

Digər xəbərlər