Türkiyə millisinin hücumçusu Cenk Tosun klubunu dəyişib.
Supersport.Az xəbər verir ki, “Everton”a məxsus olan 28 yaşlı futbolçu bu gün başqa bir Premyer Liqa təmsilçisi “Kristal Pelas”da bu mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək. Bu barədə klubun saytı məlumat yayıb.
Xatırladaq ki, bu mövsüm “Everton”da 8 matça çıxan Tosun 1 qol vurub.