Rəhimova milli karyerasını başa vurur

Rəhimova milli karyerasını başa vurur
Digər, Voleybol
10 Yanvar 2020 - 10:50
Polina Rəhimova Azərbaycan millisində karyerasını başa vurur.

Supersport.Az xəbər verir ki, bu haqda voleybolçumuz Avropa çempionatının saytına açıqlamasında bildirib.  Hazırda Braziliyanın "Sesi Bauru" klubunun şərəfini qoruyan 30 yaşlı idmançı Niderlandda keçirilən olimpiya lisenziyalı Avropa Olimpiya Təsnifat Turnirindən sonra yığmadan gedəcəyini söyləyib. Rəhimova bildirib ki, Polşa ilə bugünkü qarşılaşma onun millidəki son matçı olacaq.

Xatırladaq ki, Rəhimova 2007-ci ildən Azərbaycan millisində oynayır.

Digər xəbərlər