Premyer Liqada ayın ən yaxşı futbolçusu açıqlandı

Premyer Liqada ayın ən yaxşı futbolçusu açıqlandı
Futbol
10 Yanvar 2020 - 15:50
İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Supersport.Az Premyer Liqanın saytına istinadən xəbər verir ki, bu, “Liverpul”un futbolçusu Trent Aleksandr-Arnolddur. İngiltərəli müdafiəçi karyerasında ilk dəfədir bu mükafata layiq görülür.
Qeyd edək ki, 21 yaşlı futbolçu ötən ay Premyer Liqada 5 oyuna 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

Digər xəbərlər