"Neftçi" Rauf Əliyevi kənarlaşdırdı

"Neftçi" Rauf Əliyevi kənarlaşdırdı
Futbol
08 Yanvar 2020 - 18:26
"Neftçi" hücumçusu Rauf Əliyevlə yollarını ayırıb.

Supersport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçuyla müqaviləyə birtərəfli şəkildə xitam verib. "Ağ-qaralar" futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Ötən ilin iyununda "Qəbələ"dən transfer edilən forvardla 2 illik müqavilə imzalanmışdı.

Qeyd edək ki, Rauf Əliyev bu mövsüm “Neftçi”nin heyətində 15 oyunda meydana çıxıb, 2 qola imza atıb.

Digər xəbərlər