AFFA-da silkələnmə - Kazbek Tuayevin də "vurulacağı" gözlənilir

AFFA-da silkələnmə - Kazbek Tuayevin də "vurulacağı" gözlənilir
Futbol, Eksklüziv
07 Yanvar 2020 - 23:03
Supersport.Az-a sabah keçiriləcək AFFA-nın toplantılarında bəzi dəyişikliklər olacağıyla bağlı məlumat daxil olub.  

Növbədənkənar konfransda qurumun nizamnaməsinə əlavə və dəyişikliklər məsələsi müzakirə olunacaq. Buna razılıq veriləndən sonra İcraiyyə Komitəsində təsdiq ediləcək.

Məlumatlı mənbə Supersport.Az-a bildirib ki, ölkənin futbol qurumu İcraiyyə Komitəsinin bəzi üzvləriylə yolları ayıracaq. AFFA, Azərbaycan Futbol Məşqçiləri İttifaqının sədri, "Şöhrət" ordenli Kazbek Tuayevi komitədən göndərə bilər. 79 yaşlı bu şəxs vaxtilə SSRİ yığmasının, "Neftçi"nin sabiq oyunçusu, "Neftçi"nin, milli komandanın keçmiş baş məşqçisi olub. Tuayevin yaş, səhhətiylə bağlı ayrılacağı gözlənilir.

AFFA rəhbərliyi İcraiyyə Komitəsi üzvlərinin sayını 11-dən 13-ə artırmaq istəyindədir. 

Hazırda komitədə qurum prezidenti Rövnəq Abdullayev, Regional Futbol Federasiyaları İctimai Birliyinin rəhbəri İsgəndər Cavadov (Şimal RFF), Kazbek Tuayev (Regional Futbol Federasiyası), Peşəkar Futbol Liqası nümayəndələrindən AFFA vitse-prezidenti Elşad Nəsirov ("Neftçi"), "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev (AZAL PFK - klub dağılıb-red.), AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov ("Sumqayıt"), Sahə Futbol Federasiyasından Mahir Məmmədov (Futzal Federasiyası), "Keşlə"nin rəhbəri Zaur Axundov, İctimai Futbol Təşkilatından Elmar Məmmədyarov (Ümumazərbaycan Futbolsevərlərin İB) və Firudin Qurbanov (Azərbaycan Futbol Hakimləri Birliyi) yer alıb. 

Digər xəbərlər