"Roma-Bakı səfərini heç kim istəmirdi" - Şenol Güneş

"Roma-Bakı səfərini heç kim istəmirdi" - Şenol Güneş
Futbol
03 Yanvar 2020 - 23:49
"Açılış matçında bütün dünyanın gözü olacaq. Yeni futbol mədəniyyəti formalaşdırırıq. İtaliyanı məğlub edə bilərik".

Supersport.Az saytının məlumatına görə, Türkiyə millisinin baş məşqçisi Şenol Güneş belə deyib.

Təcrübəli mütəxəssis yerli mətbuata müsahibəsində komandasının Avropa çempionatındakı çıxışına münasibət bildirib.

O, xüsusən də, Azərbaycanda oynamağın üstünlüyünü növbəti dəfə qabardıb:

"Azərbaycanda oynayacağımız üçün xoşbəxtik. Yeganə mənfi cəhət yolçuluqla bağlıdır. Roma-Bakı yolunu heç kim istəmirdi. Səyahət uzun olsa da, bizim üçün problem deyil. Çünki biz Bakıda ev sahibi olacağıq".

Qeyd edək ki, Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə ilə qarşılaşacaq. "Ay-ulduzlular" "Skuadra Adzurra" ilə Romada, digərləriylə Bakıda üz-üzə gələcək.

 

 

 

 

Digər xəbərlər