"Bakıdakı qardaşlarımızla qrupu keçmək istəyirik" - Hamit Altıntop

"Bakıdakı qardaşlarımızla qrupu keçmək istəyirik" - Hamit Altıntop
Futbol
03 Yanvar 2020 - 17:15
"Arzum budur ki, millimiz bizim edə bilmədiyimizi Avro-2020-də həyata keçirsin. Futbolçularımız daha gözəl yerlərə gəlsinlər və bizdən də yaxşı karyera qursunlar".

Supersport.Az-ın məlumatına görə, Türkiyə millisinin keçmiş futbolçusu Hamit Altıntop belə deyib.

Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin üzvü olan 38 yaşlı sabiq yarımmüdafiəçi yerli mətbuata açıqlamasında "ay-ulduzlular"ın Avro-2020-dəki şanslarını dəyərləndirib.

Altıntop hesab edir ki, yığması qrupu adlamaq gücündədir:

"Yaxşı qrupa düşmüşük. Açılış oyununda meydana çıxmaq reklam baxımından da mühümdür. Həmçinin bu, əlavə motivasiya verə bilər. Bakıdakı qardaşlarımızla qrupdan çıxmaq istəyirik. Qardaşlarımızın da irəliləməsi çox önəmlidir. 3-cü yeri tutan komandalardan 3-ü növbəti mərhələyə adlayacaq. İnşAllah, kağız üzərində olduğu kimi qrupu keçərik".

Qeyd edək ki, Türkiyə A qrupunda İtaliya, Uels və İsveçrə ilə mübarizə aparacaq. Şenol Günəşin yetirmələri italyanlarla Romada, digər iki komanda ilə Bakıda üz-üzə gələcək.

 

Digər xəbərlər