Qurban Qurbanov yüksəlişdə, Roberto Bordin yerində sayır

Qurban Qurbanov yüksəlişdə, Roberto Bordin yerində sayır
Futbol
30 Dekabr 2019 - 20:30
Supersport.Az-ın məlumatına görə, dünyanın ən yaxşı 1000 çalışdırıcısının siyahısında Azərbaycan Premyer Liqası iki mütəxəssislə təmsil olunub.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1054 xalla 574-cüdür. 47 yaşlı mütəxəssis ötən siyahı ilə müqayisədə bir pillə irəliləyib.

"Neftçi"nin italiyalı məşqçisi Roberto Bordin yerində sayıb. O, 818 xalla yenə 678-cidir.

Qeyd edək ki, reytinqin zirvəsində "Barselona"nın baş məşqçisi Ernesto Valverdedir (15 min 917 xal). "Liverpul"un çalışdırıcısı Yurgen Klopp (15309) ikinci, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola (12324) üçüncü yerdədir.

Digər xəbərlər