Qvardioladan rekord

Qvardioladan rekord
Futbol
30 Dekabr 2019 - 14:22
İngiltərə Premyer Liqasının XX turunda "Şeffild Yunayted"lə qarşılaşan "Mançester Siti" iki qolla qalib gəlib.

Supersport.Az saytının xarici mətbuata istinadən məlumatına görə, bu qarşılaşma "şəhərlilər"in baş məşqçisi Pep Qvardiolanın Premyer Liqanın 134 oyununda 100-cü qələbəsi olub. Qvardiola bu baxımdan Joze Mourinyoya məxsus rekordu yeniləyib. Portuqaliyalı mütəxəssis 100 qələbə üçün 142 görüşə çıxıb.

Premyer Liqada 4-cü mövsümünü keçirən Qvardiolanın rəhbərliyi altında "Mançester Siti" 100 qələbə ilə yanaşı, 17 dəfə heç-heçə edib, 17 oyunda məğlub olub.

İspan mütəxəssis üç ildir çalışdırdığı komandasına iki çempionluq, bir dəfə İngiltərə Kuboku, iki dəfə FA Kubokunu qazandırıb, iki dəfə "Charity Shield"in qalibi edib.

Digər xəbərlər