"Azərbaycanda özümüzü Türkiyədəki kimi hiss edəcəyik"

"Azərbaycanda özümüzü Türkiyədəki kimi hiss edəcəyik"
Futbol
29 Dekabr 2019 - 11:07
Supersport.Az saytının məlumatına görə, Türkiyə millisinin futbolçusu Umut Meraş Avro-2020-nin final mərhələsi ərəfəsində açıqlama verib.

"Milli komanda ilə hələ çox böyük arzularım var. İnşAllah, Avropa çempionu olub, bayrağımızı ən yüksəklərdə dalğalandırarıq" deyən Fransanın "Havr" klubunun oyunçusu, A qrupunda yer alan Türkiyənin Bakıdakı oyunlarda azarkeş üstünlüyünün olacağını qabardıb:

"Çətin bir qrupda yer almışıq. İlk matçı Romada İtaliyaya qarşı keçirəcəyik ki, bu da açılış oyunu olacaq. Fikrimcə, bizi çox gözəl qarşılaşma gözləyir. Komandamız və ölkəmiz həmişə böyük görüşləri sevib. Sevməyə də davam edəcəyik. İki oyunumuzu Azərbaycanda keçirəcəyik. Sanki Türkiyədə oynayacağımız kimi olacaq. Bu, bizim üçün böyük üstünlükdür. İtaliyaya qarşı görüşü yaxşı keçirsək, qrupdan çıxacağımızı düşünürəm".

 

Digər xəbərlər