UEFA klublarımıza pul verdi

UEFA klublarımıza pul verdi
Futbol
29 Dekabr 2019 - 00:26
UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba vəsait ayırıb. 

Supersport.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2018/19-ci il  mövsümünü əhatə edən  UEFA-nın “Həmrəylik ödəmələri və  uşaq futbolunun inkişafı” proqramı çərçivəsində  qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına aşağıdakı siyahıya uyğun olaraq  UEFA-dan ayrılmış maliyyə  vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb:

 "Neftçi" - 56,794.43 avro



"Səbail" - 56,794.43 avro

"Qəbələ" - 56,794.43 avro

"Zirə" - 56,794.43 avro

"Sumqayıt" - 56,794.43 avro

"Sabah" - 56,794.43 avro

"Keşlə" - 56,794.43 avro


"Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait   klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan  klubun hesabına köçürüləcək.


"Qarabağ"dan başqa hər bir kluba 56 794,43 avro məbləğində ödəniş olunub.

Digər xəbərlər