"Neftçi" "Dinamo" ilə qarşılaşacaq

"Neftçi" "Dinamo" ilə qarşılaşacaq
Futbol
27 Dekabr 2019 - 19:20
"Neftçi"nin Türkiyədə təşkil olunacaq təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarında rəqiblərindən daha biri müəyyənləşib.

Supersport.Az kluba istinadən xəbər verir ki, komanda yanvarın 20-də Belekdəki "Gloria Sports Arena"da Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, qardaş ölkədəki hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Neftçi"nin yanvarın 15-dəkı rəqibi Polşanın "LKS Lodz" klubu olacaq. Yanvarın 24-ü keçiriləcək sonuncu sınaq matçındakı rəqib haqda daha sonra məlumat veriləcək.

 

Digər xəbərlər