"Dinamo" Ramil Şeydayevlə yolları ayıracaq

"Dinamo" Ramil Şeydayevlə yolları ayıracaq
Futbol
23 Dekabr 2019 - 19:19
Azərbaycan millisinin üzvü Ramil Şeydayev qış transfer dönəmində Moskva "Dinamo"sundan ayrılacaq.

Supersport.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçi Kirill Novikov 23 yaşlı forvarda ehtiyac duymur. Mövsümün sonuna qədər müqaviləsi olan hücumçu qışda komandadan göndəriləcək.

Şeydayev bu ilin yayında "Krılya Sovetov"dan "Dinamo"ya keçib. Ramil Premyer Liqada meydana çıxdığı 8 oyunda 1 effektli ötürmə verib.

Digər xəbərlər