"Qarabağ" irəlilədi, "Neftçi" gerilədi

"Qarabağ" irəlilədi, "Neftçi" gerilədi
Futbol
18 Dekabr 2019 - 00:37
Dünyanın ən yaxşı 1000 klubunun siyahısında klublarımız yerini dəyişib.

Supersport.Az-ın clubworldranking.com-a istinadən məlumatına görə, "Qarabağ" ötən həftəylə müqayisədə 15 pillə irəliləyib. Ağdam klubu 1054 xalla 614-cüdür.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 13 pillə yüksəlib. Təcrübəli mütəxəssis 1054 xalla 577-cidir.

Reytinqdə üç pillə düşən "Neftçi" 818 xalla 687-cidir.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin 5 pillə geriləyərək 676-cıdır.

 

Digər xəbərlər