"Real"ın "El Klassiko" üçün heyəti

"Real"ın "El Klassiko" üçün heyəti
Futbol
17 Dekabr 2019 - 21:53
“Real” İspaniya La Liqasının 10-cu turundan təxirə salınmış “Barselona” ilə oyun üçün iştirak ərizəsini açıqlayıb.

Supersport.Az klubun rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, Marselo, Lukas Vaskes, Xames Rodriqes, Eden Hazard və Marko Asensio zədə səbəbindən sabahkı matçın heyətinə daxil ediməyib:

Qapıçılar: Tibo Kurtua, Alfons Areola, Dieqo Altube

Müdafiəçilər: Dani Karvaxal, Eder Militao, Serxio Ramos, Rafael Varan, Naço, Ferlan Mendi

Yarımmüdafiəçilər:
 Toni Kroos, Luka Modriç, Kazemiro, Federiko Valverde, İsko

Hücumçular: Kərim Benzema, Qaret Beyl, Luka Yoviç, Vinisius Junior, Rodriqo.

Xatırladaq ki, sabah keçiriləcək “Barselona” – “Real” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər xəbərlər