"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı

"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı
Futbol
17 Dekabr 2019 - 18:10


"Qarabağ" Azərbaycan Kubokunda 90-cı qələbəsini qazanıb.

Supersport.Az xəbər verir ki, bu yubiley 1/4 final mərhələsinin ilk oyununda olub. Qurban Qurbanovun komandası ev matçında "Keşlə"ni 1:0 hesabı ilə məğlub edib. 1993-cü ildən kubokda mübarizə aparan Ağdam klubu 90-cı qələbəni 143-cü görüşündə əldə edib. Bu qələbələrdən 55-i evdə, 29-u səfərdə, 6-sı neytral meydanda qazanılıb.
"Qarabağ" Azərbaycan kubokunda ən çox qələbə qazanan komanda adına şərik olub. Əyalət klubuna qədər “Neftçi” hamıdan çox - 90 dəfə kubok matçında qalib gəlib. Lakin bakılılar daha çox – 158 oyunda buna nail olublar.

Digər xəbərlər