Rüstəm Orucovun "Masters"də uğuru

Rüstəm Orucovun "Masters"də uğuru
Digər, Cüdo
13 Dekabr 2019 - 23:47
Çin Xalq Respublikasının Qingdao şəhərində keçirilən cüdo üzrə nüfuzlu "Masters" yarışı davam edir.

Supersport.Az xəbər verir ki, beynəlxalq turnirin ikinci günü Azərbaycan millisi üçün uğurlu olub.

73 kq-da Rüstəm Orucov Özbəkistan idmançısı Hikmətilloh Turayevə qalib gəldikdən sonra İsrail cüdoçusu Tohar Butbula uduzub. Təsəlliverici qarşılaşmada kanadalı Artur Margelidonu məğlub edən cüdoçumuz 3-cü yer uğrunda görüşdə Kosovo təmsilçisi Akil Qjakovaya qalib gələrək bürünc medal qazanıb.

Mötəbər yarışda 67 ölkədən 445 cüdoçu mübarizə aparır.

Azərbaycanı beynəlxalq turnirdə 11 cüdoqi ustası (8 oğlan, 3 qız) təmsil edir.

Digər xəbərlər