"Mətbuatı it yerinə qoymaq başqa necə olur ki?" - jurnalistlərdən AFFA-ya etiraz

"Mətbuatı it yerinə qoymaq başqa necə olur ki?" - jurnalistlərdən AFFA-ya etiraz
Futbol
13 Dekabr 2019 - 15:47
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclasından əvvəl teleoperatorlara çəkiliş aparmaq üçün lazımi şərait yaradılmayıb.

Supersport.Az xəbər verir ki, "Xəzər TV"nin aparıcısı Sənan Abdullayev bununla bağlı sosial şəbəkədə status yazaraq etirazını bildirib.
"AFFA-nın İcraiyyə Komitəsinin iclasından əvvəl televiziyalara kadr çəkmək üçün əvvəl 40 saniyə vaxt verilib. Sonra operatorlar xahiş edib ki, heç olmasa 1 dəqiqə yarım eləyin. Qayıdıblar ki, dəqiqə yarım çoxdur. 1 dəqiqə vaxtınız var. Yəni 60 saniyə. Bu sahədən anlayışı olanlar yaxşı bilir ki, kameranı məkana uyğunlaşdırmaq (balans) elə minimum 20-30 saniyə vaxt aparır.

Mətbuatı it yerinə qoymaq başqa necə olur ki? Başa düşdük ki, suallara cavab verə bilməyəcəksiz deyə brifinqi və mətbuat konfransını ləğv elədiniz. Operatorlar sizdən nəsə soruşası deyildi axı. Heç olmasa xalqı 5 dəqiqəlik də olsa, o gül camalınızdan uzaq tutmayın" – deyə S.Abdullayev qeyd edib.

Bu paylaşıma digər tanınmış idman jurnalisti Ceyhun Rzayev maraqlı replika yazıb:

"Operatorlar vəziyyətdən çıxış yolu tapıblar. Razılaşıblar ki, hərə 1 nəfəri çəksin, sonra kadr mübadiləsi etsinlər. Ölümdən başqa hər şeyə çarə var, özlərindən AFFA açmaqla deyil".

Digər xəbərlər