"Neftçi"dən 200 minlik müqavilə

"Neftçi"dən 200 minlik müqavilə
Maqazin, Futbol
10 Dekabr 2019 - 14:34
"Neftçi"nin yeni sponsoru məlum olub.


Paytaxt təmsilçisinin yeni sponsoru "Buta Global Enerji-Tekstil" şirkətidir. Tərəflər 2 il müddətinə müqavilə bağlayıb.


Müqaviləni “Neftçi"nin prezidenti Kamran Quliyev, "Buta Global Enerji-Tekstil"in baş direktoru Muhterem Ermez imzalayıb. Anlaşmaya görə, şirkət klubun əsas komandasının rəsmi geyim tərəfdaşı olacaq.


Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi"nin yeni sponsorla müqaviləsinin qiyməti 200 min manatdır. Şirkət paytaxt klubuna hər il 100 min manat xərcləyəcək.




Digər xəbərlər