Cüdoçularımız uğurlu çıxışı davam etdirir

Cüdoçularımız uğurlu çıxışı davam etdirir
Digər, Cüdo
09 Dekabr 2019 - 09:47
Rusiyanın Sosnovıy Bor şəhərində keçirilən cüdo üzrə ənənəvi beynəlxalq turnirdə fərdi yarışlara start verilib.

27-ci dəfə təşkil olunan yarışda Almaniya, Rusiya, Yunanıstan, Gürcüstan, Belarus cüdoçuları ilə yanaşı Azərbaycanın yeniyetmələrdən ibarət komandasının bəzi üzvləri də mübarizə aparır.

Beynəlxalq turnirin ikinci günü Aydın Rzayev (60 kq), Emin Həsənov (46 kq), Süleyman Əliyev (66 kq) müvafiq surətdə qızıl, gümüş və bürünc medal qazanıblar.

Xatırladaq ki, Azərbaycan millisi Rusiya turnirinin komanda yarışlarının da gümüş medallarını qazanıb.

Digər xəbərlər